Demokratik TV
Xəbər lenti
Bankir Məmməd Musayevə daha bir vəzifə verildi
- 18 mart 2021, 08:37
ASK 1999-cu ildən fəaliyyət göstərir...
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İtaliya-Azərbaycan Ticarət Palatasının Məşvərət Şurasına (MŞ) üzv seçilib.
Bu barədə "Report"a ASK-dan məlumat verilib.
Məlumata görə, bununla bağlı Palatanın prezidenti Manuela Traldi ASK prezidentinə rəsmi məktub göndərib.
“Ticarət Palatamızın Azərbaycan ilə İtaliya arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrini genişləndirməyə böyük töhfə verəcəyinə inanırıq”, – deyə vurğulayan xanım Traldi bu münasibətlə İdarə Heyəti adından M.Musayevi təbrik edərək, MŞ-nın proqramı ilə bağlı məlumat verib.
Bu ilin oktyabr ayında İtaliyanın paytaxtı Romada Böyük 20-lik ölkələrinin (G20) növbəti sammiti keçiriləcək. Bununla əlaqədar İtaliyadakı biznesə dəstək qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və həyata keçiriləcək tədbirlərdə ASK-nın iştirakı Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük önəm daşıyır.
ASK 1999-cu ildən fəaliyyət göstərir. Konfederasiya 6 mindən çox sahibkarı, 42 asossasiyanı ətrafında birləşdirir, Azərbaycanın rayonlarında 41, xarici ölkələrdə isə 20 nümayəndəsi ilə təmsil olunur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanın iqtisadi potensialı italiyalı jurnalistin qələmi ilə...
Prezident İlham Əliyev dünən İtaliya Nazirlər Şurasının dövlət katibini qəbul edib
Oqtay Əsədov İtaliyaya gedəcək
İlham Əliyev İsveçrəli həmkarını təbrik edib
"İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə qalxıb"
“Şirkətlərin saytları qeyri-işləkdir”
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti