ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

  • 14 dek 2020, 22:59
ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, “qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı saksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.
Oxşar xəbərlər