Ərdoğan Berlinə gedir: ABŞ-a qarşı ittifaq?

  • 28 iyul 2018, 13:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Bild” qəzeti yayıb. Qəzet səfərin sentyabrda baş tutacağını bildirib.

Qeyd edək ki, Ərdoğan son dəfə Almaniyaya 2014-cü ildə səfər edib.

Son günlər Türkiyə-ABŞ münasibətlərində gərginlik artıb. Gərginliyin artmasına səbəb Türkiyənin bir neçə ABŞ vətəndaşını həbsdə saxlaması və Rusiyadan S-400 zenit raket kompleksləri alması olub. Türkiyə ilə bərabər Almaniyanın da Vaşinqtonla münasibətləri pisləşib. Buna səbəb Vaşinqtonun Avropa Birliyinə qarşı ticarət rüsumları tətbiq etməsi və "Şimal axını-2” qaz kəmərinin tikintisinə qarşı çıxması olub.

Oxşar xəbərlər