Neftin bahalaşması davam edir

  • 08 okt 2019, 09:47

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,60% artaraq 1 barelə görə 58,70 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,61% artaraq 53,07 dollar təşkil edib.

Oxşar xəbərlər