Bu il neft 53 faiz bahalaşıb

  • 30 dek 2016, 09:32

Dünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar artaraq 53,99 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 57,11 dollar olub.

Sonuncu dəfə Brent markalı neftin qiyməti cari ilin dekabrın 12-də 57 dollar həddini keçə bilib.

Ötən gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikada qeyd edilib ki, ölkənin kommersiya neft ehtiyatları 614 min barrel artıb. Bu, cari ilin yanvar ayından etibarən ən aşağı artım səviyyəsidir. Beləliklə, bu amil neftin bahalaşmasına təkan verib.

Maraqlıdır ki, "Bloomberg" agentliyinin analitikləri ehtiyatların 1,5 mln. barrel azalacağını proqnozlaşdırıb.

Təbii ki, nefti bahalaşdıran əsas amil OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı əldə etdiyi razılaşmadır.

Yeri gəlmişkən, WTI markalı neftin qiyməti bu il ərzində isə 46% artıb.

"Brent" markalı neft isə bu il 53% bahalaşıb.

Oxşar xəbərlər