AFFA-da ayrılıq: İntizam Komitəsi hüquqşünassız qaldı

  • 20 apr 2022, 14:01
AFFA İntizam Komitəsinin beş üzvündən biri işindən ayrılıb.
Oxu.Az-ın xəbərinə görə, bu, AFFA-nın hüquqşünası işləmiş Məhəmməd İsmayılovdur.O, Prezident Administrasiyasında işə düzəldiyi üçün bu ayın 1-dən AFFA-dakı işindən ayrılıb.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovdur. Qurumun digər üzvləri sabiq futbolçu Cahangir Həsənzadə, İlqar Əliyev və Məlik Həsənovdur.
Xatırladaq ki, Məhəmməd İsmayılov ötən ilin mayın 31-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə üzv təyin olunmuşdu.
Oxşar xəbərlər