PSJ Neymarın qiymətini açıqladı

  • 19 okt 2018, 09:57

Fransanın PSJ klubu Neymarla yollarını ayıra bilər.

Oxu.Az Goal.com-a istinadən xəbər verir ki, bu, 2019-cu ilin yay aylarında baş verə bilər.

Bildirilir ki, Fransa klubu braziliyalı futbolçunun transferindən 220 milyon avro qazanacağı təqdirdə, keçidə mane olmayacaq.

Artıq bununla bağlı Neymarla klub prezidenti arasında razılıq da əldə olunub.

Madridin "Real” klubu Neymarı Kriştianu Ronaldonu əvəz edə biləcək futbolçu qismində nəzərdən keçirir. Eyni zamanda futbolçuya Kataloniya klubu maraq göstərir.

Oxşar xəbərlər