FTX Avropada gizli Qafqaz agent şəbəkəsi qurur

  • 10 fev 2017, 17:30
Almaniyanın ZDF televiziyası "Putinin soyuq müharibəsi” sənədli filmini yayımlayıb.

Axar.az xəbər verir ki, filmdə Rusiyanın uzun illər ərzində Almaniyaya Federal Təhlükəsizlik Xidmətinin agentlərini qaçqın formasında göndərdiyi bildirilib. Filmin müəllifləri Kremlin bu addımı ölkədə destabilizasiya yaratmaq üçün atdığını vurğulayıb.

Filmdə əsas qəhrəman kimi Rusiyadan qaçmış FTX-nın keçmiş polkovniki göstərilir. Televiziya filminin müəllifləri bu şəxsin Putinin hakimiyyəti dövründə Avropaya qaça bilmiş ən yüksək rütbəli rus zabiti olduğunu iddia edirlər. Məhz bu şəxs 20 il ərzində Rusiya xüsusi xidmət orqanlarında xidmət edib və özü şəxsən çeçen casuslarının Almaniyadakı müsəlman icmalarına qaçqın adıyla salınması üçün təşkil edilən xüsusi əməliyyatlarda iştirak edib. Polkovnik bu agentlərin hələlik "yatdığını” (yatmış hücrələr) və zamanı gələndə "oyadılacağını” söyləyib.

Filmin müəllifi olan Eqmont Kox ZDF televiziyasına müsahibəsində FTX-nin eks-əməkdaşı ilə 5 dəfə görüşdüyünü və onunla 15 saat söhbət apardığını bildirib. Kox keçmiş polkovnikin ona bu əməliyyatı həyata keçirən generalları tanıdığını və Kremlin Qərbdə qaçqın formasında gizlənən agentlərindən hansı məqsədlə istifadə edəcəyini bildiyini söyləyib.
 
Demokratik.Az
Oxşar xəbərlər