Demokratik TV
Xəbər lenti
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı oldu
- 16 apr 2016, 09:42
Nizami Kino Mərkəzində "Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı olub.

Film Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan, "Azərbaycanfilm” kinostudiyası və "STUDIO TOR 1" Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə layihəsidir. Təqdimat mərasimindən əvvəl filmin rejissoru Villi Neumannın iştirakı ilə mətbuat konfransı keçirilib. "BP Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı təmsil etdiyi şirkətin ölkəmizdə reallaşdırdığı layihələrdən və bu istiqamətdə yaxın gələcəkdə də görüləcək işlərdən söz açıb.
Filmin əsas süjet xəttini 1956-cı ildə Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən Qarabağ atının "qohumları”nın axtarışı təşkil edir. Filmin təqdimatından əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi nazirlik və BP Azərbaycan şirkətinin müxtəlif sahələrdə mövcud olan əlaqələrindən danışıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell mədəniyyət sahəsində layihələrin gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, ekran əsərinin çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılıb. "Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti