Türkiyəyə prezident üsuli-idarəsi lazımdır

  • 04 fev 2017, 20:23

Əminəm ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın addımlarını dəstəkləyəcək və ölkədə prezident üsuli-idarəsi yaradılacaq.

Demokratik.Az-ın məlumatına görə, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Deputat bildirib ki, ölkədə sabitliyin qorunması üçün Ərdoğan sərt addımlar atmalıdır:

"Xalqın rifahı üçün sərt addımlar lazımdır. Ərdoğanın bu addımları atacağından əminəm”.

Savelyev onu da əlavə edib ki, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələr əsla məqsədlərinə çata bilməyəcəklər.

Demokratik.Az

Oxşar xəbərlər