Siciliya mafiyasının lideri öldü

  • 13 iyul 2016, 18:22
Dünyanın məşhur mafiozlarından sayılan italyan Bernardo Provençano 83 yaşında vəfat edib.
 
Demokratik.az xəbər verir ki, insanları biçərək öldürdüyü üçün "traktor” ləqəbi verilən mafiya lideri, 43 illik axtarışdan sonra 2006-ci ildə həbs edilmişdi. Provençano bu gün həbsxanada dünyasını dəyişib.
 
Qeyd edək ki, Provençano Salvator Riina öldükdən sonra Siciliya mafiyasına rəhbərlik edirdi.
Oxşar xəbərlər