"Hizbullah" lideri Suriyada vuruldu?

  • 20 dek 2015, 17:23

 

Livanın "Hizbullah" hərəkatının tanınmış liderlərindən birisi hesab olunan Samir Kuntar bu gün səhər Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində qətlə yetirilib.

Kuntarın ölümü xəbərini onun qardaşı "Facebook" vasitəsi ilə yayıb.

Fələstin Azadlıq Hərəkatına aktiv dəstəyi ilə tanınan Samir Kuntar 1979-ci ildə İsraildə terror aktı törətdikdən sonra uzun illər həbsxanada kiçirmişdi və ancaq 2008-ci ildə azadlığa buraxılmışdı.

 

Demokratik.Az