Türkiyə nümayəndələri Moskvada

  • 26 apr 2016, 21:55
Rusiya-Türkiyə arasında yaşanan təyyarə böhranı sonrası ilk dəfə rəsmi görüş keçiriləcək.

Türkiyənin nümayəndə heyəti artıq Moskvada səfərdədirlər.
 
Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidmətinin dəvəti ilə Türkiyənin 4 nəfərdən ibarət Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Moskvaya gəliblər və tərəflər arasında görüş planlaşdırılır.
  
Tərəflər sanksiya tətbiq edilməyən məhsulların Rusiyanın tələb etdiyi meyarlara uyğunluğunu müzakirə edəcəklər.

Qeyd edək ki, iki ölkə arasında yaşanan məlum təyyarə böhranından sonra ilk dəfə rəsmi görüşlər keçiriləcək.

axar.az 
Oxşar xəbərlər