Demokratik TV
Xəbər lenti
Rusiyanın sanksiyaları türklərin üzünü güldürdü
- 04 dek 2015, 08:52

Türkiyə mətbuatı xəbər verir ki, vətəndaşlar bu vəziyyətdən məmnundurlar
Sanksiyalardan öncə, 5 TL qiymətində satılan pomidor, rus sanksiyalarından sonra, 2,5 lirəyə qədər düşüb. Qiyməti ucuzlaşan məhsullar arasında pomidor, bibər, balqabaq, xiyar, portağal və limon da var.
RUSİYA GERİ ADDIM ATACAQ
Bostan Tərəvəz Meyvə Komsiyonçu və Tacirlər Federasiyasının (TÜMESKOM) rəhbəri Burhan Ər Türkiyənin tərəvəz və meyvə ixracında alternativi olmayan bir ölkə olduğunu vurğulayır.
"Rusiyanın təbii qazı varsa, bizim də kənd təsərrüfatı məhsullarımız var. Avropa onsuz əvvəldən Rusiyaya sanksiya tətbiq edib, tərəvəz meyvə vermir. Alternativ ölkə tək bizik. Onsuz da Azərbaycan, Qırğızıstan və Türkmənistan başda olmaqla türk Cümhuriyyətlərinə də tərəvəz və meyvəni biz veririk. Bu sahədə təkik. Rusiya tərəvəz və meyvəni yenə bizdən alacaq"

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti