Paşinyandan ŞOK ETİRAF: "Azərbaycan kəşfiyyatına işləyiblər"

  • 28 iyun 2022, 11:24

"50-dən çox erməni hərbçi dövlətə xəyanətdə ittiham olunur".

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

O, vəziyyəti, yumşaq desək, absurd adlandırıb:

"Bu illər ərzində biz orduya tostlar qaldırmışıq. Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib, bizə yanlış koordinatlar verib", - Paşinyan bildirib.

Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km atan mərmilərin alınmasını xəyanət kimi qiymətləndirir.

Oxşar xəbərlər