Zelenskinin bunkeri: Orda kimlər var? (SİYAHI)

  • 07 apr 2022, 21:19
Ukrayna Prezidenti Volodomir Zelenski Rusiyanın təcavüzə başladığı gündən xarici ölkələrdən birinə sığınmaqdan imtina edərək Kiyevdə faəliyyətini davam etdirir. Onun komandasına diplomatlar, hərbçilər və iqtisadçılar daxildir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainskaya pravda” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, müharibə şəraitində Zelenskinin komandası əsas diqqəti diplomatik, müdafiə və iqtisadi sahələrə yönəldib.

Zelenskinin komandasında xarici siyasətə aşağıdakı şəxslər cavabdehdir:

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak cavabdehdir - Ağ Evlə işləyir.
Xarici İşlər naziri Dmitro Kuleba -  dünya ölkələri ilə danışıqlar aparır 
Ukrayna Prezidenti Ofisi başçısının müavini Andrey Sibiqa - Prezident və sözçülərinə vacib görüşlərdən öncə çıxışlar hazırlayır.

Zelenskinin özü də diplomatik işlərin çoxunu görür. O, beynəlxalq liderlərlə danışıqlar aparır, Kiyevdə Ukraynanın tərəfdaşları ilə görüşlər keçirir, Rusiya KİV-ləri də daxil olmaqla mediaya müsahibələr verir.

Müdafiə sahəsinə isə Müdafiə naziri Aleksey Reznikov, Təhlükəsizlik və Müdafiə şurasının katibi Aleksey Danilov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni və digər hərbi komandirlər cavabdehdir.

İqtisadi sahəyə cavabdeh olanlar isə aşağıdakı şəxslərdir:

Baş nazir Denis Şmıqal - ölkə iqtisadiyyatının sabitliyinə cavabdehlik daşıyır. 
İqtisadiyyat naziri Yuliya Sviridenko və Ukrayna Prezidenti Ofisi başçısının müavini Rostislav Şurma - yeni maliyyə qaynaqları axtarılması ilə məşğul olurlar. 
Ukrayna Prezidenti Ofisi başçısının müavini Kirill Timoşenko - regionlarla işləyir və vəziyyəti izləyir.

Bundan əlavə, infrastruktur naziri Aleksandr Kubrakov yardımların çatdırılması və infrastrukturun operativ bərpası işlərini həyata keçirir. 
Ali Radanın sədri Ruslan Stefançuk mətbuatda nadir hallarda görünsə də, o da fəaliyyətini davam etdirir. Stefançuk parlamentlə Ukrayna Prezidenti Ofisinin işlərini əlaqələndirir.
Oxşar xəbərlər