Putin DANIŞDI - "Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək"

  • 05 mart 2022, 20:39
Rusiya-Ukrayna müharibəsinin 10-cu gününə girdiyimiz bir vaxtda bölgədəki qarşıdurmalar bütün şiddəti ilə davam edir.
Bu gün səhər saatlarında Ukraynanın strateji liman şəhəri Mariupol Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb. Rusiya Mariupol meri Vadim Boyçenkonun çağırışlarına cavab verərək, bölgədə mülki əhali üçün humanitar dəhliz açılması üçün atəşkəsi qəbul edib.

Bakı vaxtı ilə saat 13:00-da təxliyələr başlayıb, lakin Ukrayna Rusiyanın atəşkəsə əməl etmədiyini bildirərək təxliyyələri dayandırıb.
Putin  son məlumatlarla bağlı yeni bir bəyanatla çıxış edib. Rusiya lideri açıqlamasında Donbasdakı krizin sülh yolu ilə həllinə Ukraynanın mane olduğunu bildirib, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları “müharibə elanı” kimi dəyərləndirib.
Əməliyyat qərarının asan alınmadığını vurğulayan Putin, "Ukraynanın hərbi infrastrukturunu məhv edəcəyik" deyə qeyd edib.
Putin bəyan edib ki, başqa ölkədən uçuşa qadağa zonası tətbiq etmək cəhdi hərbi fəaliyyətdə birbaşa iştirak hesab olunacaq. Putin bildirib ki, Rusiyada hərbi vəziyyət və ya fövqəladə vəziyyət tətbiq etmək planları yoxdur. Putin bildirib ki, Ukraynada əməliyyatlar planlaşdırıldığı kimi gedir və Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra 1,2 milyondan çox ukraynalının ölkə sərhədlərini keçdiyi açıqlanıb. BMT Rusiya işğalından qaçan qaçqınların sayının həftə sonu potensial olaraq 1,5 milyona çata biləcəyini bildirib. 
Oxşar xəbərlər