Türkiyə Ukraynaya yardım göndərir

  • 25 fev 2022, 14:45
Rusiyanın Ukraynaya hərbi təcavüzü ölkəyə humanitar yardımı şərtləndirib. Bu məqsədlə, Türkiyənin Qızıl Aypara Cəmiyyəti Rusiya ilə müharibə edən Ukraynaya humanitar yardım göndərəcək.
Demokratik.Az bildirir ki, bu barədə yayılan xəbərlərə görə, Türkiyə 210 kvadratmetr ümumi təyinatlı çadırlar, ailələrin sığınacağı üçün təbii fəlakət çadırları, çarpayı, ədyal, uşaq yorğanı, təcili humanitar yardım materialları da daxil olmaqla 3 yük maşını humanitar yardımı hazır vəziyyətə gətirib.
Bildirilib ki, bu gün yardım daşıyacaq yük avtomobillərinin Türkiyədən Ukraynaya yola düşəcəyi planlaşdırılıb.
Oxşar xəbərlər