Elman Vəliyevin təhlili: Amerikanın "Trumen və Marşall" yardımında əsl məqsəd

  • 21 avq 2020, 23:33

Elman Vəliyev
Amerikanın "Trumen və Marşall" yardımında əsl məqsəd: Türkiyəni NATO'ya üzv olmasına məcbur edən səbəb?


Türkiyə Lozanna müqaviləsinə əsasən Boğazlarda hüquqlarının müəyyən hissəsini itirdi.Dardanel və Bosfor Boğazlarınıdakı yetki əlindən çıxdı.Türkiyə boğazlarıdakı hüquqlarını bərpa etmək üçün 1936-cı ildə "Möntre" konfransı keçirdi.Bu anlaşma ilə Boğazlara yenidən hakim oldu.Bu konfransda- Qaradəniz sahilində yerləşməyən dövlətlər müəyyən şərt daxilində  boğazlardan keçə bilər, Müharibə zananı döyüş gəmiləri boğazlardan keçə bilməzdi
Rusiya'ya ağır zərbə dəydi bu anlaşma ilə. 1 il sonra-1937-ci ildə Əfqanistan,İran, İraqla "Səədabat" paktı imzalamaqla bitərəfliyini elan etdi.

"İkinci Dünya Savaşında" Türkiyə öz bitərəfliyini qoruyurdu ki, bu da onun mövqeyinə olduqca müsbət təsir elədi.
Lakin Amerika Və İngiltərnim təhriki ilə 1945-ci ildə Almaniya və Yaponiyaya müharibə elan etti.Bunun səbəbi : İngiltərədən iqtisadi yardım almaq və Birləşmiş Millətlərə üzv olmaq idi.

Həmçin Rusiya 1945-ci ilin İyul-Avqustunda olan "Potsdam" konfransında Möntre sazişinin şərtlərinin dəyişilməsini tələb edirdi.Amerika ilə İngiltərə Türkiyəni Almaniya və Yaponiyaya müharibə edəcəyi qarşılığında Möntre hüquqlarını Türkiyəyə məxsus olduğunu bildirmişdilər.
1940-cı illərdə Türkiyənin borca ehtiyacı vardı.Bu borcu verməyi İngiltərə üstünə götürmüşdü.Lakin borc verməyi rədd elədiyini bildirdi və Amerikaya həvalə etdi.Amerika Rusiya ilə münasibətləri nizmlayacağını güman edərək Borc verməyə soyuq yanaşdı.Lakin Rusiyanın mövqeyi fərqli oldu.Rusiya ilə İngiltərə tərfindən işğal edilən İrandan qoşunlarını çıxarmağa dair 1946-cı ildə bu iki dövlət razılığa gəldi,ancaq Rusiya bunun əksinə olaraq qoşunlarını daha da artırdı. İranda Rusiya rejimi diktə etsə və İran petrollarının tək sahibi Rusiya olsa Amerika ağır itkiyə məruz qalardı.İran məsələsi, Həmçinin Rusiyanın Möntre sazişinin şərtlərinin dəyişilib- Boğazlarda hərbi gəmilərin üzməsinə maneə olmamaq, Boğazlaradakı konfliktləri Türkiyə ilə Rusiya  nizamlayacaq.
Bu isə Rusiyanın Boğazlarda hərbi  bazasının qurması deməkdir.
Amerika prezidenti Trumen 1947 Türkiyəyə yardım edəcək doktrina qəbul elədi.Həmçinin 1946-cı ildə Rusiya ilə başlanan Soyuq  Müharibənin ilk Addımı da  Trumen doktrinası idi. 1948-ci ildə isə Marşall planı adı altında Türkiyə'yə daha bir Amerikan yardımı gəldi.Amerika bu yardımları Türkiyəni çox istədiyinən eləmədi,əlbəttə.
Bu yardımları etməklə Türkiyəni müttəfiq qazanmaq ,ondan sitifadə etmək və Rusiyanın niyyətlərini puça çıxarmaq kimi strategiyalar əsas yer tuturdu.

Marşall planına əsasən 1948-1952 ci illərdə Türkiyəyə yardım edildi.1950-ci illərdəki önəmli Politik hadisələr  Türkiyə prezidenti Celal Bayar, Baş Nazir Adnan Menderes dövrünə təsadüf edir.

Türkiyə 1952-ci İldə NATO'ya (Şimalı Atlantika Müqaviləsi Təşkilatı- North  Atlantic Treaty Organization) üzv seçildi.

Türkiyənin Bu təşkilata üzv olmasına səbəb?

1946-1991-ci illərdə Soyuq müharibədə(ABŞ ilə Rusiya)  Amerika Rusiyaya qarşı müttəfiqlər yığır, Apponentinə qarşı dövlətləri təşkilatlara cəlb edirdi. NATO'ya cavab olaraq Rusiya da 1949-da "Qarşılıqlı İqtisadi Yardım Şurasını yaratdı".

Türkiyəni ilk öncə Natoya qəbul eləmək istəmədilər səbəbini diktatura olduğu haqqında tendensiyalaridi. Türkiyə isə NATO'ya üzv olmaqla Qərbin dəstəyini qazanmaq istəyirdi.İqtisadi zəiflik də Buna təkan verirdi. NATO'ya üzv olmaq üçün "Koreya müharibəsinə" Amerikanın istəyi istəyi qoşun göndərdi.
Əlbəttə ki, Koreya mühribəsinin Türkiyəyə heç bir dəxli yoxidi.Məqsəd NATO'ya daxil olmaq üçün özünü isbat eləməlidir.

Adnan Menderesin NATO'ya üyelik addımının Politik baxışdan həm önəmli, həm də Yanlış yönləri var:

Müsbət cəhətdən -Üzvlük Türkiyəni bölgədə güc sahibinə çevirməyə kömək edir.Rusiyaya qarşı qorunmasında böyük təkandı.

Mənfi yöndən isə -NATO'ya qoşulduqdan sonra Amerika qoşunlarını burada yerləşdirməyə niyyət eləməsi, hərbi bazalar qurmaq planları Türkiyə üçün gələcəkdə olduqca təhlükə idi.Amerikanın Bu hərəkətinə cavab olaraq Rusiya da 1961-ci ildə Kubaya raketlərini yığdı. Dünya nüvə astanasında qalmaq üzrəyidi.
Lakin 1963-cü ildə Rusiya, İngiltərə və Amerikanın kosmik fəzada, sualtında nüvə təhlükəsizliyi haqqında razılığa gəldilər.Bu da beynəlxalq sabitlik baxımdan önəmli addımidi.
Elman Vəliyev
Demokratik.Az
Oxşar xəbərlər