ÜST: Pandemiyaya baxmayaraq insanlara səyahət etməyə icazə verilməlidir

  • 28 iyul 2020, 21:27
Maykl Rayan hesab edir ki, ölkələr arasındakı sərhədlərin bağlanması öz-özlüyündə koronavirusla mübarizə üçün effektiv tədbir deyildir
ÜST-ün Səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan hesab edir ki, ölkələr arasındakı sərhədlərin bağlanması öz-özlüyündə koronavirusla mübarizə üçün effektiv tədbir deyildir.
"ÜST həmişə səyahətlə əlaqəli bütün tədbirlərin digər müşayiət tədbirləri ilə həyata keçirilməsini söyləyib. Necə ki, əllərin yuyulması və ya maska taxılması özləri ayrılıqda təsirli olmayacaq.Söhbət bütün tədbirlər toplusundan gedir" deyə o,  izah edib. 
Rayan əlavə edib ki, indi koronavirus hər yerdədir, sərhədlərin açılması əlavə risklərə səbəb olacaq, ancaq onları necə idarə etməyi öyrənmək lazımdır, ölkələr sərhədlərini bağlı saxlaya bilməyəcəklər. "İqtisadiyyat işini davam etdirməlidir, insanların, malların və xidmətlərin hərəkəti olmalıdır. Lakin bu riskləri minimuma endirmək üçün edilməlidir" deyə ÜST mütəxəssisi vurğulayıb.
İndi ölkələr təhlükəsizliyə əmin deyillər, sərhədlər açılır və sonra bağlanır. "Beynəlxalq sərhədlərin tam bağlanması qlobal iqtisadiyyatın bərpası üçün davamlı bir strategiya deyil. Burada tək bir həll yolu yoxdur, ancaq bu baxımdan bütün riskləri nəzərə alan tərəqqi vacibdir" deyə o, bəyan edib. 
Mənbə: Ens.az (vestikavkaza.ru)
Oxşar xəbərlər