“Koronavirus gedəcək, amma..., Nə yeyəcəyik” - Lukaşenko

  • 13 may 2020, 21:33
“Belarus rəsmiləri COVID-19 koronavirusunun yayılması ilə mübarizə fonunda ölkə iqtisadiyyatını unutmamalıdır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. /teleqraf.com/
“İqtisadiyyatı diqqətdə saxlayın ki, istehsal sektorlarımız dağılmasın. Eyni şey kənd təsərrüfatına da aiddir. Sətəlcəm bizi tərk edəcək, bizə çörək lazımdır”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, koronavirusla əlaqəli vəziyyətdə kiçik ümid közərməyə başlayıb.
Bundan əvvəl Lukaşenko ölkədə karantin rejiminin tətbiqinin mümkünlüyü barədə ritorik bir sual ünvanlamışdı: “Nə yeyəcəyik?”.
"Demokratik.Az" xatırladır ki, dünya liderlərinin böyük əksəriyyəti koronavirus pandemiyasına qarşı mübarizə çağırışları etdiyi mühitdə Lukaşenko koronavirisu koronapsixoz adlandıran, mövcudluğuna o qədər də inanmayan prezidentlərdəndir.
Demokratik.Az
Oxşar xəbərlər