Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok

  • 02 apr 2020, 17:22
Qlobal oyunçular koronavirusdan dünyanı müharibəsiz bölüşdürmək məqsədilə istifadə edə bilərlər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Mir” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün çoxlarını koronavirus pandemiyasından sonra nələrin olacağı düşündürür.
BMT-nin koronavirusla mübarizə üçün dünyanın ümumdaxili məhsulunun 10%-i həcmində pul çap etmək təklifini xatırladan Lukaşenko bunların "boş pul" olduğunu bildirib:
“Bu trilyonları kim alacaq, onlar kimdə qalacaq? Varlılar varlı, kasıblar kasıb olaraq qalacaqlarmı? Qalacaqlar. Ölkələri, o cümlədən Belarusu elə yerə itələyiblər ki, onlar gərək dayanıb, oturub, öz cüzi valyuta ehtiyatlarını yesinlər. Rusiyada da onun çox olduğunu demək olmaz. Belə olan halda ÜDM-in 10%-i həcmində pul çap edib, bizə gələcəklər və deyəcəklər ki, sizə bir azca veririk, amma bizim dediklərimizi edəcəksiniz. Bax, dünya belə bölünə bilər.
Bu gün çoxları deyir ki, pandemiyadan sonra dünya fərqli olacaq. Mən bununla razıyam. Bizim dünyada yerimiz harada olacaq? Mənim üçün əsas sual koronapsixoz yox, bax budur. Bu sual tezliklə hər kəs üçün aktual olacaq. Həm də zəngin resursları olan Qazaxıstan, Türkmənistan, Tacikistan, onlardan da daha çox Ermənistan, Qırğızıstan, Ukrayna üçün aktual olacaq. Qorxuram ki, bizi müharibəsiz bölüşdürməsinlər”. /axar.az/
Oxşar xəbərlər