Demokratik TV
Tramp koronavirusun sonundan danışdı
ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.
Bu barədə "Report” RİA "Novosti”yə istinadən xəbər verir.
"Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək", - deyə ABŞ prezidenti qubernatorlarla görüşdə bildirib.
"Ümumiyyətlə, isti belə virusu öldürür", - Tramp deyib. ABŞ prezidentinin sözlərinə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.
Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə "vəziyyət yaxşıdır".
Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb.
