ABŞ-dan PKK-ya açıq dəstək – “Onlara kömək edəcəyik...”

  • 24 noy 2019, 14:36

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri "Suriyanın şərqindəki neft yataqlarının "təhülkəsizliyini təmin etmək” üçün "Suriya Demokratik Qüvvələri (SDQ) 4 ildir, nəzarət etdiyi neft yataqlarında işləməyə davam edir, Suriyadakı strategiyamızın bir hissəsi olaraq onlara kömək edəcəyik", -  deyə bildirib.

Ceffri, BMT Təhlükəsizlik Şurasının Suriya üzrə iclası öncəsi jurnalistlərə açıqlamalar verib. ABŞ Prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarını "qoruduqları” yönündə verdiyi açıqlamalarının ardından jurnalislərin "bəs Trampın söylədiklərinin beynəlxalq hüquqi əsasları varmı” - sualına Ceyms Ceffri "biz qanunsuz heç nə etmirik”, - deyə cavab verib.

Musavat.com "Anadolu Agentliyi"nə istinadən bildirir ki, Ceffri Suriyadakı Amerika hərbi qüvvələrinin orada qalacağını və terror təşkilatı İŞİD-ə qarşı mübarizədə ən tutarlı tərəfdaş kimi qələmə verdiyi terror təşkilatı YPG/PKK-nın onurğası olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə işləməyə davam edəcəklərini söyləyib.

"Atəşkəsə ehtiyacımız var”

Ceyms Ceffri bildirib ki, SDQ artıq 4 ildir, nəzarət etdiyi bölgələrdə neft yataqlarının "təhlüksizliyini təmin edir”. ABŞ isə Suriya strategiyasının bir hissəsi olaraq bu məsələdə onlara kömək edəcəyik: "İdlibdə yaşanan hadisələrdən son dərəcə narahatıq. Bütünlükdə Suriyada atəşkəsə ehtiyac var. Bu atəşkəsə ilk olaraq İdlibdən başlamaq lazımdır”.

Oxşar xəbərlər