Xəbər lenti
Bütün xəbərlər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir

  • 16 yan 2019, 08:43

İran ordusu Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə yüksək rütbəli hərbçilərdən ibarət heyətlə yanvarın 16-da Bakıya gələcək. Bu barədə musavat.com -a İranın Azərbaycandakı səfirliyi məlumat verib.

Xəbərdə qeyd olunur ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Respublikasının prezidenti, baş nazir və parlament sədri ilə görüşüb, müzakirələr aparacaq. İki günlük səfər çərçivəsində müdafiə sahəsində Bakı - Tehran arasında mövcud olan əlaqələr və əməkdaşlıq, sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə və regional hadisələr haqqında fikir mübadiləsi aparılacaq. Həmçinin bu səfərin sonunda iki ölkə arasında hərbi - müdafiə sahəsində anlaşma memorandumunun imzalanması gözlənilir.

Qeyd edək ki, bu səfər İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir. Ötən ilin oktyabrında Baqerinin Bakıya səfəri barədə məlumat yayılsa da, sonradan səfər təxirə salınıb. General Baqeri Azərbaycan əsillidir, Təbriz yaxınlığında dünyaya gəlib.

Oxşar xəbərlər