Lukaşenko Ermənistanın son ümidlərini də puç etdi

  • 07 dek 2018, 01:40

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi ilə bağlı gözləntisinə nöqtə qoyub.

Məlumata görə, Lukaşenko Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin və MDB-nin sammiti çərçivəsində jurnalistlərlə söhbətində deyib ki, faktiki olaraq KTMT-nin baş katibi ilə bağlı problemi həll etmək mümkün olub.

Belarus lideri KTMT-nin 6 dekabr sammitinin gözlənilmədən son anda təxirə salındığını vurğulayıb. Qeyd edib ki, prinsipcə baş katibin təyin olunması məsələsini həll etdik. "Belorus nümayəndəsi KTMT-nin baş katibi təyin olunacaq. Necə ki, Nursultan Abişoviç (Nazarbayev) də deyib”- Lukaşenko bildirib və bununla da Ermənistanın 2020-ci ilədək baş katib postunu əlində saxlamaq istəyənlərin ürəyinə növbəti dəfə "dağ” çəkib. /Musavat.com/

Oxşar xəbərlər