Xəbər lenti
Bütün xəbərlər

Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur

  • 21 sen 2018, 07:42

Rusiya hökumətinin ali məhkəmə instansiyalarında səlahiyyətli nümayəndəsi, tanınmış hüquqşünas Mixail Barşevski qadını zorlamaqda ittiham olunur.

Oxu.Az Daily Storm nəşrinə istinadən xəbər verir ki, sentyabrın 18-də Moskva polisinə tərəvəz satışı ilə məşğul olan şirkətin rəhbər işçilərindən biri müraciət edib.

37 yaşlı xanım bildirib ki, Barşevski onu 2011-c ildə zorlayıb. Onun sözlərinə görə, o vaxt Asiya ölkələrindən gətirilən kosmetika məshullarının satışı ilə məşğul olub və Daxili İşlər Nazirliyi yanında iqtisadi təhlükəsizlik şöbəsi ilə problemləri yaranıb. Buna görə qadın hüquqi yardım məqsədi ilə tanınmış hüquqşünas Barşevskiyə müraciət etmək qərarına gəlib.

Qadın Barşevski tərəfindən zorlamanın telefona çəkildiyini iddia edib. Bu hadisədən sonra hüquqşünas qadını dörd ay ərzində həftədə dörd dəfə onunla görüşməyə məcbur edib.

Öz növbəsində Barşevski qadının dediklərini həqiqətə uyğun olmadığını bildirirərək onun iddialarını rədd edib.

Oxşar xəbərlər