Xəbər lenti
Bütün xəbərlər

Dünyanın ən kök qadını yalançıların əlinə düşüb

  • 26 apr 2017, 08:57

Misirli Şayma Salim bacısı Eman Ahmedi piylənmədən müalicə edən həkimləri yalançılıqda ittiham edib. Eman dünyanın ən ağır çəkili qadını sayılır. Bu barədə lenta.ru saytı "Hindustan Times”a istinadən xəbər verir.

Salim deyir ki, onun bu qənaətini xəstəxana işçiləri də təsdiqləyir. Çünki Eman çəkisindən azalda bilməyib. "O, çox xəstədir. On gün bundan öncə onun trombozu vardı. Bura düşəndən bəri ikinci belə haldır ki, başına gəlir”. 

Onun dediyinə görə, Eman artıq ay yarımdır ki, kritik durumdadır. Salim hesab edir ki, bacısını müalicə edən hindli həkimləri indi ancaq özünüreklam və mətbuatdakı hay-küy narahat edir: "Bacımı ona görə əməliyyat etdilər ki, bütün insanlara onun çəkisinin bir hissəsini itirdiyini göstərsinlər”.

Kök qadının müalicəsini öz üzərinə götürən cərrah Muffazal Lakdavala ittihamları rədd edib. O, iddia edir ki, trombozlar olmayıb. Emanın çəkisi isə həkimlərin müdaxiləsinə qədər 500 kilo idi, amma müdaxilədən sonra kifayət qədər azaldı və hazırda o, 171 kilodur. Aprelin əvvəlində həkimlər iddia etdilər ki, qadın iki aya 250 kilo atıb. Lakdava həmin vaxt deyirdi ki, qadının çəkisinin azalması ilə onun səhhəti də xeyli yaxşılaşıb. Belə ki, ürəyi daha yaxşı işləyir, böyrəyi daha da funksionaldır. Xəstəxana qadının əlil arabasındakı fotolarını18 apreldə yaymışdı.

Fevral ayında Eman Ahmedi piylənmədən müalicə üçün hind xəstəxanasına aparıblar. Marttın əvvəlində onu əməliyyat ediblər. Hindistana gedənə qədər 36 yaşlı misirli qadın son 20 ildə artıq çəkisinə görə öz evini tərk etmirdi.

Oxşar xəbərlər