Xəbər lenti
Bütün xəbərlər

Tacikistanda rahatlaşdırıcı masaj qadağan edildi

  • 28 avq 2018, 22:25

Düşənbə rəhbərliyi masaj salonlarının iş vaxtlarını 22 saatadək azaldıb. Bununla yanaşı, masajçılara müştəriyə rahatlaşdırıcı masaj etməsi qəti şəkildə qadağan olunub.

Oxu.Az xəbər verir ki, bununla bağlı "Radio Ozodi” məlumat yayıb.

 

 

"Bir çox müştərilər rahatladıcı masaj xahiş edirlər. Bizə bu cür masaj qadağan edilib. Ancaq tibbi-profilaktik masaj xidməti göstəririk”, – masaj salonlarından birinin işçisi deyib.

Paytaxtın masaj salonlarının və kabinetlərinin sahibləri 22 saatlıq iş rejimindən narazı qalıblar. Onlar bildiriblər ki, müştərilərin çoxu masaj salonuna iş vaxtından sonra gəlirlər.

Oxşar xəbərlər