Seks həyatını canlandırmaq üçün 14 ADDIM

  • 21 okt 2016, 09:11

 

Çox zaman cütlüklər seks həyatının monotonlaşdığından şikayət edirlər. Elədirsə, seks həyatına bir az həyəcan qatmaq lazımdır. Bəlkə də tərəf müqabilinizlə olan güclü bağınızı yenidən kəşf edəcəksiniz, cinsi mövzuda özünəməxsusluğunuzu fərq edəcəksiniz və yataqda daha çox əylənəcəksiniz. Budur, Aile.lent.az 14 addımda cinsi həyatınızı gözəlləşdirməyin yolları ilə sizi tanış edir.

 

 

1-ci gün

 

Tərəf müqabilinizlə keyfiyyətli zaman keçirin. Yeməkdən sonra, ya da yatmazdan əvvəl 10-15 dəqiqə söhbət edin və bir-birinizin nə istədiyini anlamağa çalışın. Bu, təkcə seks həyatınız üçün yox, münasibətləriniz üçün də çox yararlı olacaq. Qarşınıza bir məqsəd qoyun və yenilikləri sınaqdan keçirin. Bədəninizdə ən bəyəndiyiniz 5 yeri yazın. Məlumdur ki, bədənlərinə güvənən qadınların cinsi istəyi daha çoxdur. Özünüzü gözəl və seksual hiss etdirən xüsusiyyətlərinizə fokuslanın.

 

2-ci gün

 

Səhər yataqdan dərhal qalxmayın. Zəngli saatın səsi gələr-gəlməz dik atılmayın. Bunun əvəzinə 30 saniyə gülümsəyin, qucaqlaşın və bir-birinizin gözlərinə baxın. Evdən çıxmazdan əvvəl dodağına uzun vida öpüşü qondurun. Özünüz rahatlamaq üçün bir az yoqa edin. Gecə isə yatağa girməzdən əvvəl gözəl gecə geyimi geyinin. Seksual alt paltarları olmasına ehtiyac yoxdur, köhnə pijama olmasın, kifayətdir.

 

3-cü  gün

 

Səhərlər sekslə məşğul olun. Yorğun olmağınızı və işə gecikəcəyinizi bəhanə etməyin. Səhərlər bədəndə kortizol səviyyəsi çox yüksək olur və seks üçün enerji olur. Seksdən sonra ifraz etdiyiniz oksitosin hormonu sayəsində gününüz də gözəl keçəcək. İki-üç saat erkən oyanmağa da ehtiyac yoxdur. 10 dəqiqə də yetər. Axşam düşdükdə cinsi istəkləriniz haqqında danışın. Seks həyatınız üçün yenilik yaxşıdır. Yeni mövqelər, yerlər haqqında danışa bilərsiniz.

 

4-cü gün

 

Özünüzlə bir az zaman keçirin. Yaxşı bir seks üçün özünəgüvən çox əhəmiyyətlidir. Özünüzü daha rahat hiss etmək üçün bədəninizi tanıyın və nələrdən xoşunuzun gəldiyini anlamağa çalışın. Məsələn, bu gecə sevgilinizlə toxunma seansı edəcəksiniz. Ona bir mesaj göndərərək həyəcanlandığınızı bildirin və reaksiyasına baxın. Sağlamlığınız nə qədər yaxşı olarsa, cinsi həyatınız da o qədər yaxşı olar. Cütlüklər əsasən orqazm olmağa çalışır, lakin seçdiyiniz gecələrin birində sevişmək yox, toxunma seansı edin. Bir quş tükü və masaj yağı götürüb sevişmədən bir-birinizə toxunun və masaj edin.

 

5-ci gün

 

Özünüzə zövq verin. Bəzi qadınlar masturbasiyanın bir tabu olduğunu düşünür. Lakin əslində lazımlıdır. Yalnız özünüzə toxunaraq da libidonuzu artıra bilərsiniz. Fərqliliyinizi anlamaq, omba elastikliyini yüksəltmək və qan dövranını artırmaq üçün yoqa edin. Ehtirasla öpüşün. Sonra bir sonrakı günü planlayın. Fərqli bir restoranda yemək və ya parkda buterbrod yeyin. Yalnız fərqlilik olsun, kifayətdir. Bu gecə yatağa erkən girin. Əyləncəni sonrakı gecəyə saxladığınız üçün bu axşam bir az yavaşlayın. Televizoru bağlayın və söhbət edin. Öpüşərək, qucaqlaşaraq gecəni tamamlayın.

 

6-cı gün

 

Nahar fasiləsində, yaxud işdən sonra idman zalına gedin. Əgər proqramınız uyğundursa, partnyorunuzla birlikdə gedin. Məşq kişilərdə ereksiya probleminə də yaxşı təsir edir. Özünüzə bir az zaman ayırın. Bir çox kişi seksdən sonra stressdən xilas olur, amma bir çox qadın seksdən əvvəl rahatlamalıdır. Seksdən əvvəl özünüzü rahatlamağın bir yolunu tapın. İdman bunun üçün yaxşı bir yoldur. Məşq edə bilmirsinizsə, rahatlaşdırıcı bir duş da qəbul edə bilərsiniz.

 

7-ci gün

 

Əgər həftəsonudursa, deməli, təmizlik, alış-veriş və müxtəlif məşğuliyyətlərlə vaxt keçirəcəksiniz. Bunun əvəzinə istirahət etməyə çalışın. Əyləncəli bir şey planlaşdırın. Kinoya gedin, boilinq oynayın. Xüsusi bir həftəsonu keçirin. Özünüzə erotik və romantik kitablar alın. Yatağa girdikdən sonra bir-birinizə kitab oxuyun.

 

8-ci gün

 

Ağırlıq qaldırma məşqi edin. Fitness proqramınıza ağırlıq qaldırmanı da daxil edin. Bu, seks istəyi üçün lazım olan testosteronun ifraz olunmasına səbəb olacaq. Həftədə 2-3 dəfə, 20-30 dəqiqə buna vaxt ayırın.

Daha yaxşı və tutarlı bir orqazm üçün özünü kəşf etmək ən yaxşı yollardan biridir. Xoşunuza gələnləri fərq etdikdə bu barədə tərəf müqabilinizə də deyin. Bir neçə gün əvvəl cəhd etmək istədiyiniz yeni seks fəaliyyətləri haqqında danışmışdınız. Bu söhbəti yenidən açın. Lazımlı planlar tutun. Bir sonrakı gecə tətbiq edəcəksiniz.

 

9-cu gün

 

Bir az da yoqa ilə məşğul olun. Bu, beyninizdəki düşüncələri sakitləşdirəcək, gecə ehtirasa gəlməyi asanlaşdıracaq. Telefonlarınızı və kompüterləri söndürün. Bu gecənin seks fəaliyyəti ikinizdən birinin sınamaq istədiyi bir yenilik olsun. Fərqli məkanda fərqli  poza da işə yarayacaq. İlk addımı siz atın.

 

10-cu gün

 

Birlikdə ürəkdən gülün. 15 dəqiqə danışdıqdan sonra məzəli nəsə edin. Münasibətlərdə ən əhəmiyyətli bağlayıcılardan biri yumor anlayışıdır. Yanyana oturun. Əl-ələ tutun və əylənin. Sevgilinizə kiçik bir sürpriz edin. Gözlənilməz bir kompliment və ya kiçik bir hədiyyə ola bilər. Özünüzü də bir az əzizləyin. Gözəl bir gecə geyimi və ya yeni bir pomada ola bilər.

 

11-ci gün

 

Bu gecə də çölə çıxın. Çox bahalı bir yer olmasına ehtiyac yoxdur, amma həftədə bir-iki gecə çölə çıxmaq münasibətlərinizə yaxşı təsir edəcək. Məqsəd birlikdə bir şey etməkdir. Ətirlər həqiqətən çox güclü bir afrodizyakdır. Toxunma seansını təkrarlayın. Masaj edin, ovun və bir-birinizlə oynayın. Vibrator və ya tük istifadə edə bilərsiniz.

 

13-cü gün

 

Masaj edin. Şəhvətli təmas seks hormonu olan oksitosinin ifraz olunmasına səbəb olacaq. Bir-birinizə edəcəyiniz masaj ikinizə də yaxşı təsir edəcək. Bu gecə də seks olmasın.

 

13-cü gün

 

Qiymətləndirmə edin və bu barədə danışın. Bu təcrübə haqqında nə düşünürsünüz? Olanlar sizi məmnun etdimi? Tərəf müqabiliniz bu vəziyyətə nə deyir? Onunla seks haqqında danışın, seksdən əvvəl bir az oyun oynayın. Əyləncəli və yüngül bir mühit yaradın. Keçən iki həftə haqqında danışın və sizin üçün əhəmiyyətli olan məqamları seçin.

 

14-cü gün

 

Səhər seksinə nə deyirsiniz? Səhərlər seksin faydası olduğunu xatırlayın. Uzun davam etməsinə ehtiyac yoxdur, hətta orqazm olmanıza belə ehtiyac yoxdur. Yalnız bir az yaxınlıq və istilik kifayətdir. 

Oxşar xəbərlər