Putin FTX-nin müəmmalı generalını Qafqaza göndərdi

  • 27 iyun 2018, 11:02
Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edib.

Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Matovnikov bu vəzifədə vitse-admitral Oleq Belaventsevi əvəz edib.

Qeyd edək ki, Matovnikov Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin rəhbəridir. Matovnikov ictimaiyyət qarşısına ilk dəfə 2017-ci ildə çıxıb. Müdafiə Nazirliyinə gətirilməzdən öncə isə general-mayor Federal Təhlükəsizlik Xidmətin "A” xüsusi təyinatlı mərkəzində çalışıb.
O, hər iki çeçen müharibəsində iştirak edib. /Axar.az.
Oxşar xəbərlər