PUTİN 11 GENERALI İŞDƏN QOVDU

  • 07 apr 2018, 11:00

Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya hökumətinin saytı yayıb.

Bildirilib ki, həmin generallar Rusiya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Federal Penitensiar Xidmətdə işləyiblər.

V.Putin işdən çıxarılan generalların tutduqları vəzifələrə yeni təyinatlar barədə də sərəncam imzalayıb.

Demokratik.Az

Oxşar xəbərlər