Moskvada bomba panikası - minlərlə insan təxliyyə olundu

  • 05 noy 2017, 21:18

Rusiyanın paytaxtı Moskvada bomba partlayacağı barədə həyəcan siqnalı verilib.

Moskvada yerləşən Böyük teatrın ərazisində 3 min 500 nəfərə yaxın adam təxliyyə edilib.

Rus mediasının yazdığı xəbərə görə əsas hədəf teatra yaxın ərazidə olan "GUM" alış veiş mərkəzi və "Metropol" oteli olub.

Bunula yanaşı eyni anda şəhərin fərqli bölgələrində də bomba xəbərdarlığı edilib.

Qeyd edək ki, sentyabrın 11dən bu yana Moskvada bu kim hallar artıb. Bu günə qədərə gələn bomba xəbərdarlıqlarının hamısı yalan məlumat olaraq təsdiqlənib. Sentyabrın 11dən bu yana bomba xəbərdarrlığı ilə bağlı, toplam olaraq 1.4 milyon insan təxliyyə olunub.

Demokratik.Az

Oxşar xəbərlər