Vaşinqtonda dəmiryol vağzalı "bomba həyəcanı" yaşadı

  • 11 avq 2016, 09:41
Gecə saatlarında ABŞ-ın paytaxtı Vaşinqtonda mərkəzi dəmiryol vağzalından sərnişinlər təxliyə edilib.Buna səbəb "şübhəli yük"ün mövcudluğu olub.
 
Bu barədə NBC telekanalı məlumat verib. Hadisə yerinə gecə saatlarında hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib. İlkin ehtimala əsasən,  evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilib. Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. İnsidentin digər təfərrüatları barədə bu saatlarda məlumat veriləcək.
 
Qeyd edək ki, iyulun 28-də dəmiryol vağzalı təxliyə edilmişdi, vağzala bomba qoyulması barədə məlumat təsdiqini tapmamışdı.
 
Demokratik.Az
Oxşar xəbərlər