ABŞ-da terror törədən saqqallının kimliyi bilindi

  • 01 noy 2017, 07:06

Bakı vaxtı ilə saat 24-də Nyu York şəhərində qanlı terroru həyata keçirdən terrorist haqda məlumatlar yayılıb.

Artıq dünyanın media quruluşlarında terroristin adı açıqlanıb. Terrorist 29 yaşlı kişidir, adı Seyfullah Saipovdur. ABŞ-a 2010-cu ildə, Greeen Card udaraq, gəlib. Seyfullah Saipov 31 oktyabr 2017-ci ildə  maşınla Manhettendakı velosiped yoluna çıxaraq, oradakıların üstündən keçib. Nəticədə 8 nəfər ölüb, 15 yaralı var (rəsmi). Qeyri-rəsmi məlumatlara görə, terrorist Floridada, Tampa Bay kurort şəhərində  yaşayır və Nyu Yorka terror aləti kimi istifadə etdiyi maşınla gəlib.

ABŞ mediasının məlumatına görə, terrorist özbək əsillidir. İŞİD terror təşkilatının üzvüdür və bu səbəbdən də terror əyləmini İŞİD-n törətdiyi ortaya çıxır. Şahidlər media quruluşlarına verdiyi açıqlamada bildiriblər ki, terrorist velosipeddəki sakinləri əzəndən sonra maşından enib və əlində silahlar olan halda, "Allahu Əkbər" şüarını qışqırıb.

Demokratik.Az

Oxşar xəbərlər