İraq ordusu Kərkükdə kürdlərin əsas hərbi bazasını tutub

  • 16 okt 2017, 14:55

İraqın hökumət ordusu Kərkük şəhərində kürdlərin əsas hərbi bazasını ələ keçirib.

Viurtualaz.org "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qərb mənbələri bildirib.

***10:41

Iraqin hökumət qoşunları Kərkük vilayətində sabitliyin bərpası üçün aparılan əməliyyatın gedişində orada yerləşən qaz yatağını və elektrik stansiyasını nəzarəti altına alıb.

Virtualaz.org "Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat xidməti bildirib.

Mənbəyə əsasən, hərbçilər eyni zamanda Kərkükə gedən bir neçə yolu bağlayıb və polis məntəqələrindən birini ələ keçiriblər.

***10:22

Ərəb mediasının yaydığı xəbərə görə, oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib. Bu barədə "Al Sumaria" telekanalı xəbər verir.

Toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. "Rudaw" kürd telekanalının yaydığı məlumata görə peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub.

"Ria Novosti" agentliyi bildirir ki, İraq Kürdüstanının prezidenti Məsud Barzani isə peşmərqə dəstələrinə İraq ordusuna hücumlardan yayınmağa çağırıb, lakin cavab olaraq atəş açmağa icazə verib.

Bir az əvvəll İraqın baş naziri Heydər əl Abadi hökumət qüvvələrinə Kərkükün dövlət və hərbi obyektlərində təhlükəsizliyin bərqərar olmasını əmrini verib. Bununla yanaşı, o, bu məqsədə peşmərqə qüvvələri ilə birgə nail omağı tapşırıb.

Demokratik.Az

Oxşar xəbərlər