Ben Ladenin oğlundan çağırış: Rafiziləri...

  • 16 sen 2017, 08:41

Əl-Qaidənin keçmiş lideri Üsamə Ben Ladenin oğlu Həmzə Ben Ladenin Suriyadakı siyasi durumla bağlı səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, audioyazıda Ben Laden mübarizəni dayandırmamaq barədə suriyalı müxaliflərə çağırış edib:

"Suriyalı müxaliflər yarımçıq həll yoluna razılaşmamalıdır. Bütün dünya müsəlmanları təcili və mütəşəkkil şəkildə Suriyada davam edən mübarizəyə dəstək olmalıdır. Onu (Bəşər Əsəd) kürsüsündə əyləşdirən, çöküşün bir addımlığından xilas edən və rafizi işğalçıları qarşınıza çıxaran eyni düşmənlərdir. Suriya xalqı islam idarəçiliyi istədiyi üçün hədəf alınıb”, - oğul Ben Laden qeyd edib.

Oxşar xəbərlər