Xəbər lenti
Bütün xəbərlər

Trampdan: “Milyardlarla dollar havaya sovrulur”

  • 14 mar 2017, 08:45

ABŞ-ın 45-ci prezidenti Donald Tramp ölkədə xərcləri azaltmaq üçün yeni sərəncam imzalayıb.

"Ölkə.Az” xəbər verir ki, Onun səırəncamında ABŞ-da icra hakimiyyətinin yenidən təşkil edilməsi nəzərdə tutulub.

"İcra orqanları daha yığcam və effektiv şəkildə fəaliyyət göstərməlidir. Bu gün hər yerdə səlahiyyətlərin təkrarlanması və israfçılıq hökm sürür. Milyardlarla dollar havaya sovrulur. Bu barədə sənəd yaxın müddət ərzində Konqresə təqdim ediləcək.”, sənədi imzalayarkən deyə D.Tramp bildirib.

 Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə başladığı gündən bəri Amerika iqtisadiyyatında 227 min dollardan çox qazanc əldə olunub. Bu barədə ABŞ-ın Maliyyə və turizim nazirliyindən bildirilib. Qeyd olunur ki, Trampın yeni qərarlarından sonra Amerikada çoxsaylı iş yerləri də açılıb. Trampın yeni sərəncamlarından sonra ABŞ-da 175 mindən çox iş yeri açılıb. Yeni rəhbər isə bildirmişdi ki, qısa zaman ərzində Amerikada 25 milyondan çox yeni iş yerləri açacaq.

Qeyd edək ki, hakimiyyətinin ilk günündə Donald Tramp ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb. Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

Trampın ilk tələblərindən biri də, Amerikanın avtomobil istehsal edən zavodlarının xarici ölkələrdən yığışdırılması oldu. D.Tramp öz twitter hesabında etdiyi paylaşımda ABŞ-ın ən böyük avtomobil konserni General Motors-un Meksikadakı fəaliyyətinə görə  tənqid etmişdi.

"Ya Amerikada istehsal et, ya da, daha çox gömrük rüsumu ver!” deyə tələbini bu şəkildə ifadə etmişdi.

Demokratik.Az

Oxşar xəbərlər