Azərbaycandan İstanbula 184 min turist-2016-da

  • 05 yan 2017, 18:40
2016-cı il ərzində Türkiyənin İstanbul şəhərinə 9 mln. 203 min turist səfər edib.
 
"APA-Economics" xəbər verir ki, bu, 2015-ci il ilə müqayisədə 25,9% və ya 3 mln. 210 min nəfər azdır.

Dekabr ayında İstanbula səfər edən turistlərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə  18% və ya 674 min nəfər azalaraq 821 min nəfərə çatıb.

Ötən il İstanbula səfər edən turistlərin 10,9%-i Almaniyadan, 5,2%-i Səudiyyə Ərəbistanından, 4%-i İngiltərədən, 3,9%-i Fransadan, 3,5%-i ABŞ-dan, 3,2%-i Rusiyadan, 3,1%-i Ukraynadan, 2,8%-i Hollandiyadan, 2%-i Azərbaycandan gəliblər. Beləliklə, ötən il Azərbaycan İstanbula 184 min 60 turist səfər edib.
Oxşar xəbərlər