Azərbaycandan Gürcüstana istirahət ə gedənlərin sayı 1 milyondan çoxdur

  • 05 yan 2016, 18:43

2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb.

"APA-Economics" Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur.

Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib. Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur. Ümumilikdə, siyahıya Ermənistan liderlik edir.

Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur. Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.