Bu gündən Azərbaycanda bayram tətili başlayır

  • 31 iyul 2020, 09:24
Qurban bayramı ilə əlaqədar bu gündən Azərbaycanda 4 günlük tətil başlayır.
“Report” xəbər verir ki, bu gün və sabah – avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd edilir.
Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.


Oxşar xəbərlər