Sabah Qurban Bayramı qeyd olunacaq!

  • 30 iyul 2020, 22:45
Sabah (31 iyul - 1 avqust 2020) Azərbaycanda müqəddəs Qurban bayramı qeyd ediləcək.
"Demokratik.Az" saytının məlumatına görə, bu il Zilhiccə ayının 10-u Qurban bayramıdır.
Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edir. Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir.
Bütün Azərbaycanın - xalqımızın müqəddəs Qurban bayramı mübarək olsun! Allah bütün qurbanları qəbul etsin, inşəallah!
Demokratik.Az
Oxşar xəbərlər