Tramp nə edə bilər? - VİDEOSORĞU

  • 24 yan 2017, 19:54
Yanvarın 20-də Donald Tramp and içərək Amerikanın 45-ci prezidenti kimi vəzifə başına keçdi. Andiçmədən dərhal sonra o, öz radikal çıxışı il dünya mətbuatını silkələməyi bacardı. 

Artıq bir neçə gündür ki, andiçmə mərasimində baş verənlər dünya mediasının bir nömrəli müzakirə mövzusudur. Amerika Birləşmiş Ştatlarının dünyanın lider dövləti olduğunu nəzərə alsaq, orada yen prezidentin fəaliyyətə başlaması bütün dövlətlər və xalqlar üçün mühüm yenilikdir. 

ABŞ-da baş verənlər Azərbaycanda da yaxından izlənilir. Bəs, görəsən həmvətənlilərimiz Donald Trampdan nə gözləyir? Onun öz ölkəsi, beynəlxalq aləm, türk və müsəlman dünyası üçün hansı müsbət addımları ola bilər? 

Musavat.com bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin əksəriyyəti milyarder iş adamı olan Donald Trampın siyasətinin  dünya iqtisadiyyatına müsbət təsir edəcəyini və onun müharibələrə, soyuq savaşlara meylli olmayağını bildiriblər. 

Prezidentliyinin ilk günündə İsrail prezidentinə zəng etməsi, eləcə də İran əleyhinə fikir səsləndirməsi ilə yadda qalan Trampın müsəlmanları sevmədiyini deyənlər də olub. 
Daha ətraflı təqdim etdiyimizi videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd,
Oxşar xəbərlər