Paytaxtda "Gəncə" restoranı müəmması - Bu restoran kimindir?

  • 02 yan 2017, 22:45

Bakının mərkəzində hər kəsin marağına və təəccübünə səbəb olan restoran açılıb. Sözügedən restoranın adı "Ganja"dir. Məlumata görə, "Ganja" restoranının adı və üzərindəki şəkil yerli əhali ilə yanaşı turistlərin diqqətini çəkib. Məlumat üçün bildirək ki, "ganja" ingilis dilindən tərcümədə marixuana deməkdir. İnteryerdəki ilk baxışdan xaş-xaşa oxşayan şəkil də fikirləri qədim Gəncə şəhərinin adından daha çox sözün tərcüməsinə - narkotik vasitəyə yönəldib. Elə buna görə də məkanda yeməklərlə yanaşı marixuana da təklif edildiyi fikrini yaradıb.

Lakin restoranın içərisinə daxil olduqda Nizami Gəncəvinin sitatlarından posterlər yerləşdirildiyi məlum olub. 

Restoranım adının tarixi şəhərimiz olan Gəncənin adından, yoxsa tərcümədə marixuana mənasını verən "ganja" sözündən götürüldüyü məlum deyil. (BakiPost)

"Demokratik.Az" mövzunu araşdırıb və maraqlı bilgilər əldə edib. Eləcə də bu restoranın əsl sahibinin kimliyini öyrənə bilib. Hələlik dəqiqləşdirmə aparırıq. İlkin məlumata görə, bu restoran icra başçılarından birinin oğluna məxsusdur və maraq doğuran restoranın adının "Ganja" olması təsadüfi deyil. Bu simvolik məna daşıyır. Araşdırmamızın yekun yazısını tezliklə təqdim edəcəyik...

Demokratik.Az

 

Oxşar xəbərlər