Xəbər lenti
Bütün xəbərlər

Türkiyənin "Pendir kralı" vəfat edib

  • 02 sen 2016, 19:52
Türkiyədə Azərbaycan əsilli iş adamı, "Bahçıvan Gıda” şirkətinin qurucusu və şirkətin İdarə Heyətinin sədri, "Pendir kralı" adlandırılan Məcid Bahçıvan 85 yaşında vəfat edib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Bahçıvanın cənazəsi sabah İstanbulda Fatih məscidində qılınacaq günorta namazından sonra Ədirnəqapı şəhidliyində dəfn ediləcək.
 
Qeyd edək ki, M. Bahçıvan 1931-ci ildə İrəvanda tanınmış azərbaycanlı ailəsində anadan olub. 1930-cu illərin sonlarında ailəsi ilə birlikdə öncə İrana, iki il sonra isə Türkiyəyə köçüb.
 
M. Bahçıvan 1960-cı illərdə Türkiyədə pendir istehsalı ilə məşğul olmağa başlayıb, Türkiyədə pendir ticarətinin 50 faizinə nəzarət edib.
 
Buna görə də "Pendir kralı” ləqəbi ilə məşhurlaşıb.
 
M. Bahçıvan iş adamı kimi fəaliyyəti və sosial layihələrdə iştirakı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin "Ali Xidmət” mükafatına layiq görülüb.
 
Demokratik.Az
Oxşar xəbərlər