Ermənilərin nəsli tükənir - 2015-ci ildə yenidən 40 il əvvəlki səviyyəyə enib-STATİSTİKA
- 31 yan 2016, 18:21
Demokratik.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı il yanvarın 1-nə ölkə əhalisinin sayı 2 milyon 998 min 600 nəfər olub.
Qurumun hesabatında deyilir ki, 1977-ci ildə Ermənistan əhalisinin sayı 2,9 milyon nəfər olub. Sonrakı illərdə bu rəqəm bir qədər artsa da, 2015-ci ildə yenidən 40 il əvvəlki səviyyəyə enib.
Son bir ildə əhalinin 12 min, beş ildə 35 min, 1991-ci ildən bu günədək isə 634,7 min nəfər azalması qeydə alınıb. Ötən il ölkədə 41 min 815 uşaq dünyaya gəlib. Bu da 2014-cü illə müqayisədə 2,8 faiz azdır. Ölüm sayı isə 2015-ci ildə 27 min 835 nəfər və ya 0,4 faiz çox olub.
Məlumatda, həmçinin, bildirilir ki, 2015-ci ildə 17 min 603 ailə qurulub. Bu, 2014-cü illə müqayisədə 6,9 faiz azdır. Ötən il ərzində 3669 boşanma faktı qeydə alınıb.
Ekspertlərin fikrincə, əhalinin sayının azalmasına əsasən Ermənistanın başladığı müharibə, ölkədəki iqtisadi tənəzzül və əmək miqrasiyası səbəb olub.
Demokratik.Az