2016-cı ildə Türkiyədə vətəndaş müharibəsi – ABŞ-dan şok proqnoz

  • 20 yan 2016, 21:33
Amerikanın nüfuzlu "Newsweek” nəşri 2016-cı ildə Yaxın Şərqdə baş verə biləcək doqquz hadisə haqda analizində Türkiyədə vətəndaş müharibəsinin baş verəcəyi ehtimalını müdafiə edib.

 
Publika.az xəbər verir ki, nəşr ötən ilin iyun ayında Türkiyədə keçirilən parlament seçkilərindən sonra PKK ilə mövcud olan iki illik atəşkəs rejiminin bitdiyini yazıb:
 
"Bu vəziyyət ölkənin cənub-şərqində sabitliyin pozulmasına gətirib çıxardı. Türkiyə Silahlı Qüvvələr PKK-nın əsgərlərə hücumlarına cavab olaraq müxtəlif formalı əməliyyatlar keçirdi. Şiddətin yenilənməsi və AKP-nin HDP-yə qarşı sərt mövqeyi bu partiyanın noyabr seçkilərində üstünlük əldə etməsinin səbəblərindən biri oldu. Lakin bu PKK-ya dəstək verən kürdlərin narazılığına səbəb oldu. Dekabr ayında cənub-şərqdəki bəzi kürd qruplar muxtariyyət tələblərini irəli sürdü. Vəziyyət onu göstərir ki, 2016-cı ildə Türkiyədə daxili savaş qızışacaq”.
 
 
Nəşr atəşkəsin yaxın dövr ərzində olacağını ehtimal etmir. Əksinə, il ərzində Türkiyədə vətəndaş müharibəsi səviyyəsində qarşıdurmaların ola biləcəyini qeyd edir.
Oxşar xəbərlər