Demokratik TV
Xəbər lenti
Türkiyədə donuz qripindən üç nəfər öldü - Açıqlama
- 02 yan 2016, 22:36
Türkiyənin Adana şəhərində H1N1 virusu (donuz qripi) şübhəsiylə müalicə altına alınan 2-si Suriya vətəndaşı və biri türk vətəndaşı olan 3 nəfər həyatını itirib.
Adana valisi Mustafa Böyük, ölən 3 nəfərdən alınan qan nümunələrini araşdırıldığını, hələ ki, ölüm səbəbinin qəti olaraq donuz qripi olduğunu deyə bilməyəcəyini söyləyib.
Adanadakı Təhsil və Araşdırma Xəstəxanasına ötən həftə təcili yardımlar 45 xəstə yüksək temperatur şikayəti ilə daxil olub. İlk müayinədən sonra onlardan xəstələrdən 6-sı donuz qripi şübhəsi ilə xəstəxanada müalicəyə götürülüb.
Donuz qripi şübhəsiylə müalicə edilən Türkiyə vətəndaşı 4 aylıq hamilə olan bir qadınla, 2 suriyalı şəxs keçən həftə həyatını itirib. Ölən 3 nəfərdən alınan nümunələr də baxılmaq üçün Ankaraya göndərilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti