DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"

  • 20 yan 2020, 22:12
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" "Youtube" kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.
Bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirəddindən niyə kömək istəməlidir ki?!
"Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb".
Oxşar xəbərlər