Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıb

  • 02 sen 2019, 18:24

 

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsuz "VAZ 2107” markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb. 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində "Redmi NOT 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər